reklam
Fritz Ştuxlik:
Sportfm.az xəbər saytı

Fritz Ştuxlik: "UEFA-dan gələn bu siqnal..."


CORE kurslarında uğrula iştirak etmiş və yekunda ən yaxşı briqada seçilmiş Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ABŞ-ın Florida ştatında keçiriləcək CONCACAF turnirinə təyinat alıb.
Sportfm.az xəbər verir ki, bununla bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik affa.az saytına açıqlama verib:
“Hakimlərimizin qazandığı uğura görə sevinir və onlarla fəxr edirəm. Amerikada keçiriləcək turnir üçün seçimlərdə uğur qazanmaları onların yaxşı hazırlaşdıqlarının və öz üzərlərində çox işlədiklərinin, həmçinin Azərbaycan hakimlər ailəsinin düzgün yolda olduğunun göstəricisidir. Eyni zamanda, UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır. Təbii ki, inkişaf etmək, uğur qazanmaq üçün daha çox çalışacağıq”.
 
 

Oxşar xəbərlər

Frits Stuxlik Ukraynaya yollanır
AFFA rəsmisinə növbəti təyinat
Hakimlərimiz ABŞ-a yollanır
Fritz Stuchlik beynəlxalq təyinat aldı
UEFA-dan Stuxlikə təyinat gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər