"Qəbələ" akademiyasının yetirməsi ilə müqavilə imzaladı -FOTO
“Qəbələ” 2019-2020-ci illər mövsümünün transfer çalışmalarına start verib.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, yay fasiləsində ilk transferini həyata keçirən “qırmızı-qaralar” Kamal Mirzəyevi heyətinə qatıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
2012/13 mövsümündə də “Qəbələ”nin şərəfini qoruyan Mirzəyevin Premyer Liqada debütü də “qırmızı-qara” formada gerçəkləşib. O, mövsümün ikinci yarısında 5 çempionat oyununda meydana çıxıb. Sonrakı illərdə AZAL (44 oyun, 1 qol), “Sumqayıt”da (18 oyun) oynamış yarımmüdafiəçi ötən mövsümdə “Zirə”nin formasını geyinib. O, 13 qarşılaşmada meydana çıxıb. Ümumilikdə Premyer Liqada 80 matç keçirən yarımmüdafiəçinin aktivində 1 qol var. Kamal Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Oxşar xəbərlər
Kiyev "Dinamo"sunun yetirməsi "Qəbələ"də - TRANSFER
“Qəbələ”nin yeni transferi - Müqavilə
"Sumqayıt"dan ayrılan futbolçu "Qəbələ"də
"Qəbələ" gürcü futbolçu transfer etdi - FOTO
Anar Nəzirov rəsmən "Qəbələ"də! - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası