Anar Nəzirov rəsmən "Qəbələ"də! -FOTO
Bu gün 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarına start verən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu sıralarına qatıb. Son klubu "Zirə" olan 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.
2010/11, 2012/13, 2013/14 və 2014/15 mövsümlərində də “Qəbələ”də çıxış edən Nəzirov “qırmızı-qara” formada ümumilikdə 28 oyun keçirib. Bunlardan 25-i Premyer Liqa, 3-ü Azərbaycan kubokuna təsadüf edib. Anar karyerası ərzində həmçinin “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da formasını geyinib. O, Premyer Liqada 219 matç keçirib.
Azərbaycan milli komandasında 2012-ci ildə debüt edən qolkiper əsas yığmada indiyədək 4 matçda meydana çıxıb.
Oxşar xəbərlər
“Qəbələ” “Neftçi”nin hücumçusunu rənglərinə qatdı
Azərbaycan millisinin qapıçısı "Qəbələ"də - 1 illik müqavilə
"Qəbələ" ilk transferini reallaşdırdı - 1 illik müqavilə
"Qəbələ" akademiyasının yetirməsi ilə müqavilə imzaladı - FOTO
"Qəbələ" yeni transferini açıqladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası