Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın Minsk-2019-a yollanma vaxtı açıqlandı
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan millisinin yolasalma mərasiminin vaxtı açıqlanıb.
Sportfm.az xəbər verir ki, Minsk-2019-da 80 idmançı ilə qatılacaq komandamızın birinci hissəsi iyunun 18-də səfərə yollanacaq.
Saat 04:35-də Belarusa gedəcək ilkin heyətə cüdo, boks və atıcılıq üzrə yığmalarımız daxildi. İyunun 21-də start götürəcək Minsk-2019 10 gün davam edəcək.
Qadın güləşçilərdən ibarət komandanın Minskdə təlim-məşq toplanışında olduğunu nəzərə alsaq, digər idmançılarımız həmin növ üzrə yarışların keçiriləcəyi ərəfədə Avropa Oyunlarına yollanacaq.
Oxşar xəbərlər
Yığmamızın heyəti açıqlandı
Yığmamızın heyəti müəyyənləşdi
İnqilab Məmmədov Avropa Oyunlarında
Yığmamız Özbəkistanda hazırlaşacaq
Boksçularımız Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası