reklam
Boksçularımız Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa Oyunlarına Özbəkistanda hazırlaşacaq


Kişi boksçulardan ibarət Azərbaycan yığması iyunun 1-də Özbəkistanın Anqren şəhərinə təlim-məşq toplanışına yollanacaq.

Sportfm.az xəbər verir ki, milli üzvləri Belarusun paytaxtı Minskdə baş tutacaq II Avropa Oyunlarına hazırlığın son mərhələsinə qatılacaqlar.

15 gün ərzində baş məşqçi Vaqif Şirinov və məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov, Dominqes Alfonso (hər ikisi 81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayev (+91 kq) çalışacaq. Toplanış Özbəkistan və Qazaxıstan boksçuları ilə birgə olacaq.

Qeyd edək ki, “Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda olacaq. 

Oxşar xəbərlər

Yığmamız DÇ-yə hazırlığı Sofiyada davam etdirəcək
Millimiz beynəlxalq turnirə qatılacaq - Türkiyədə
Boksçularımız Tailanda yola düşdü
Yığmamızın heyəti müəyyənləşdi
Yığmamız Özbəkistanda hazırlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər