reklam
Millimiz Gürcüstanı məğlub etdi
Sportfm.az xəbər saytı

Millimiz Gürcüstanı məğlub etdi


Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında V turun oyununu keçirib.

Sportfm.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçilik etdiyi kollektiv evdə Gürcüstanla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki set yığmanın aşkar üstünlüyü ilə bitib. Üçüncü setdə rəqib müqavimət göstərməyə çalışsa da, istəyinə nail ola bilməyib.

Bu nəticədən sonra Azərbaycan millisi ikinci qələbəsini qazanmaqla xallarının sayını 6-ya yüksəldib. Gürcüstan isə xalsız qalıb. B qrupunun digər görüşündə isə Danimarka və Rumıniya yığmaları üz-üzə gələcək. Rumıniya 4 oyundan 12 xalla qrup qalibi kimi növbəti mərhələni təmin edib. 9 xala malik Danimarka bu görüşdə 2:3 hesabı ilə uduzsa belə, Azərbaycan növbəti mərhələ şansını tamamilə itirəcək.

Gümüş Avropa Liqası

B qrupu

V tur

Azərbaycan - Gürcüstan - 3:0 (25:17, 25:8, 25,22) 

Hakimlər: Uladzimir Kukaşinov (Belarus), Fuad Ağayev (Azərbaycan)

Bakı. Voleybol Mərkəzi.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyununu evdə Danimarkaya qarşı keçirəcək.

Oxşar xəbərlər

Yığmamız ilk məğlubiyyətini aldı - AÇ-2023
Millimiz ilk qələbəsini qazandı - Avropa çempionatı
Millimiz IV turda da Rumıniyaya məğlub oldu
Azərbaycan millisinin yekun heyəti açıqlandı
Yığmamız İsveçi məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər