Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız İsveçi məğlub etdi
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportfm.az xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.
Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.
Avropa çempionatı seçmə mərhələsi, I tur
Azərbaycan - İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)
Oxşar xəbərlər
Voleybol millimizdən hüsran - Avropa çempionatı
Voleybolçularımızdan növbəti məğlubiyyət - Avropa çempionatı
Yığmamız Yunanıstan komandası ilə qarşılaşdı
Yığmamız İsveçin komandası ilə qarşılaşacaq
Azərbaycan millisi Qızıl Avropa Liqasına qələbə ilə başladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası