Toyları münasibətilə 1000 uşağı əməliyyat etdirəcək
Bu gün toyları olacaq "Arsenal"ın futbolçusu Mesut Özillə model sevgilisi Əminə Gülşə diqqətəlayiq addım atıblar.
Sportfm.az xəbər verir ki, cütlük toyları münasibətilə ehtiyac sahibi olan 1000 uşağın əməliyyat pulunu ödəyəcəyini açıqlayıb.
"Bir çox fanlarım mənə, yaxın dostlarım və ailəmə toyuma görə nə dilədiyimi soruşurlar. Bir futbolçu olaraq heç bir ehtiyacım yoxdur, bu xoşbəxtliyə sahibəm. Əminə ilə birlikdə yardıma möhtac olan 1000 uşağın əməliyyat xərclərini qarşılayacağam. Biz heç kimdən toy üçün hədiyyə gözləmirik. Köməyə ehtiyacı olan uşaqların əməliyyat pulunu qarşılayın", - deyə o, instaqram hesabında yazıb.
Bundan əlavə, Özil-Gülşə cütlüyü kasıblıqdan əziyyət çəkən 16 min insanın yeməklə təmin edilməsi üçün maddi dəstək olub.
Oxşar xəbərlər
Medina Finlandiyada əməliyyat edildi - paylaşım etdi
Emil Balayev əməliyyat olunacaq
“Fənərbaxça”nın futbolçusu əməliyyat olundu
Mesut Özildən təqdirəlayiq addım - 219 uşağı əməliyyat etdirəcək
Məsut Özil və Pol Poqba 22 uşağın həyatını xilas ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası