reklam
Məsut Özil və Pol Poqba  22 uşağın həyatını xilas ediblər
Sportfm.az xəbər saytı

Məsut Özil və Pol Poqba 22 uşağın həyatını xilas ediblər


Avropa futbolunun iki ulduzu - türk Məsut Özil və fransız Pol Poqba 22 uşağın həyatını xilas ediblər. Sportfm.az Eurosport-a istinadən xəbər verir ki, EURO 2016-nın gedişində bu iki futbolçu Tanzaniyadan olan uşaqların əməliyyat olunması üçün gərək olan vəsaiti ödəyib. Onların hərəsi 11 uşağın müalicəsinin haqqını ödəyib. Onların kömək etdiyi uşaqlar yanıq xəsarəti və əyripəncəlikdən əziyyət çəkirdilər. Tanzaniyada həyat səviyyəsi aşağıdır və insanların əksəriyyət açıq ocağın ətrafında yaşayır. Bu səbəbdən uşaqların tez-tez yanıq xəsarətləri alması "norma"ya çevrilib. Qida çatışmazlığı isə onların orqanizmlərində müxtəlif fəsadlara yol açır. "Həqiqətən ehtiyacı olan uşaqların həyatını dəyişmələrinə yardım etdiyim üçün fəxr edirəm", - Özil İnstagram-da yazıb.

Xatırladaq ki, futbolçular yardımı BigShoe11 kampaniyası çərçivəsində gerçəkləşdiriblər. Kampaniya 2006-cı ilin martından bəri futbolçuları xeyriyyə aksiyalarına cəlb edir.

Oxşar xəbərlər

Millimizin həkimi azyaşlının həyatını xilas etdi
Toyları münasibətilə 1000 uşağı əməliyyat etdirəcək
Məsut Özil Azərbaycana təşəkkür etdi – FOTO
Türk futbolçu komanda yoldaşlarına uduzdu - VİDEO
EURO 2016: Məsut Özil tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər