UEFA-dan BOS-a fəxri mükafat -FOTO
2015-ci ildən fəaliyyətə başlayan və hər il ən az bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionun UEFA tərəfindən mükafatlandırıldı.
Sportfm.az xəbər verir ki, aralarında Bakı Olimpiya Stadionu "Allianz Arena" "Aviva Stadium" "Kamp Nou" və "Santiago Bernabeu" kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.
Qeyd edək ki, 29 May 2019-cu il tarixində Avropanın 2-ci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının Final qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutmuşdur. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işləri, könüllülərimizin tamaşaçı xidmətləri, və stadionu dolduran azarkeşlərin dəstəyi ilə ərsəyə gələn gecənin sonunda Bakı bir daha mötəbər idman tədbirlərinə daim hazır olduğunu sübut etdi.
Xatırladaq ki, gələn il BOS ilk dəfə olaraq UEFA-nın 60 illiyi münasibəti ilə 12 müxtəlif stadionda keçiriləcək UEFA Avropa Çempionatı 2020-nin əsas stadionlarından biridir: burada 3 qrup matçı və 1 1\4 final oyunu keçiriləcək.
Oxşar xəbərlər
70 nəfərlik heyət Bakıya gəldi - Avro-2020 üçün
Bakı Olimpiya Stadionu UEFA-nın sərəncamında olacaq
Argentinalı ulduzun Bakı səfəri - FOTOLAR
UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda
Bakı Olimpiya Stadionu "Beşiktaş Arena" ilə bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
"Neftçi" "Qarabağ"a qarşı - Premyer Liqa
-
Binə stadionu FİFA sertifikatına layiq görüldü
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı














Misli Premyer Liqası