Sumqayıt veteranları ruslarla oynadı
28 May - Respublika günü və Sumqayıt şəhərinin 70 illiyi ilə əlaqədar olaraq sumqayıtlı futbol veteranları ilə Rusiyanın Stavropol diyarının veteranları arasında dostluq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, oyundan öncə isə “Sumqayıt”ın vitse-prezidenti Vaqif Ömərov, Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Elgün Hümbətov, veteranlar İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov, qonaqların kapitanı, Stavropol Diyarının Futbol Veteranları İttifaqının rəhbəri, həmyerlimiz, “Yedinaya Rossiya” partiyasının ərazi üzrə rəhbəri, deputat Məliksabit Kazımov çıxış ediblər.
Veteran hakim Anar Salmanovun idarə etdiyi qarşılaşma Sumqayıt veteranlarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Sumqayıt" klubunda yeni vitse-prezident - Təyinat
“Sumqayıt”ın vitse-prezidenti dünyasını dəyişdi
Veteranlar Anatoli Banişevskini andılar - FOTO
“Sumqayıt” futzal məktəbinin açılışı oldu - FOTO
Vurğun Hüseynov rəqs edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası