reklam
İspaniya futbolunda qalmaqal baş verdi
Sportfm.az xəbər saytı

İspaniya futbolunda qalmaqal baş verdi


İspaniya futbolunda danışılmış oyunlarla bağlı növbəti qalmaqal yaşanıb.

Sportfm.az xəbər verir ki, mövsümün sonunda La Liqanı tərk edən "Hueska" klubunun ofisində aparılan araşdırmalardan sonra oyun alqı-satqısında günahlandırılan bir neçə nəfər ispan polisi tərəfindən saxlanılıb. Onların arasında aşağı dəstəyə düşən klubun prezidenti Aqustin Lasaos və tibb departamentinin sədri Xuan Qalinda Lausla yanaşı, "Real"ın sabiq futbolçusu Raul Bravo da var. Digər saxlanılanlar isə Samu Says ("Hetafe"), İniqo Lopes Montanya ("Deportivo"), sabiq "Valyadolid"li Borxa Fernandes və keçmiş "Las-Palmas"lı Karlos Arandadır.

Qeyd edək ki, danışılmış oyunun ötən ilin sonlarında oynanıldığı ehtimal olunur.

Oxşar xəbərlər

Danışılmış matçlarda ittiham olunanlar bəraət qazandı - 28 nəfər
Oyun alqı-satqısında ittiham olunan sabiq futbolçu cəzalandı
ŞOK: Kovaçeviçə hücumu sabiq komanda yoldaşı təşkil edib
Oyun alqı-satqısının alovu vüsətlənir - "Qarabağ"ın sabiq futbolçusu Azərbaycandan qaçdı - ÖZƏL
9 nəfər saxlanıldı - danışılmış oyunlara görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər