reklam
Oyun alqı-satqısında ittiham olunan sabiq futbolçu cəzalandı
Sportfm.az xəbər saytı

Oyun alqı-satqısında ittiham olunan sabiq futbolçu cəzalandı


"Mançester Siti"nin sabiq futbolçusu Dikson Etuhu cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi oyun alqı-satqısında iştirak etməkdə ittiham olunur.

Etuhu, AİK-də çıxış edərkən "Göteborq"la matçdan əvvəl rəqib komandanın qapıçısına oyunu satması üçün 160 min funt-sterlinq təklif etmişdi. "Göteborq"un qapıçısı bununla bağlı dərhal polisə məlumat vermiş və oyun baş tutmamışdı. Etuhu polisə izahat verdikdən sonra azadlığa buraxılmışdı.

Məsələ ilə bağlı araşdırmalarını davam etdirən İsveç Futbol Federasiyası Etuhunun danışılmış oyunlarda iştirak etdiyini təsdiqləyib. Federasiya keçmiş futbolçunu 5 illik futbol yarışlarından diskvalifikasiya edib.

"Mançester Siti"nin yetirməsi olan Etuhu, karyerası ərzində "Preston", "Norviç", "Fulhem", "Sanderlend", AİK kimi klublarda çıxış edib. Keçmiş yarımmüdafiəçi 2017-ci ildə karyerasını bitirib.

Oxşar xəbərlər

“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxlanıldı - Oyun alqı-satqısına
Sabiq futbolçu ömürlük futboldan uzaqlaşdırıldı - Oyun satdı
Karyerasını bitirdi, cəza aldı
Əfsanə futbolçu oyunlara pul qoyuluşu edirmiş - Cəzalandı
Təcavüzdə təqsirləndirilən oyunçu azadlığa çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər