reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanı məğlub edəcəyimizə əminəm"


"Almaniyaya məğlubiyyət nəyinsə bitdiyi anlamına gəlmir. Çünki seçmə mərhələ hələ yeni başlayıb və əsas mübarizə irəlidədi". Bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo deyib. Norveç yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını Azərbaycan və San-Marinoya qarşı keçirəcək. Bu görüşlərlə bağlı yerli mətbuata açıqlama verən Hoqmo xal itirmək fikrində olmadıqlarını bildirib: "Məndə əminlik var ki, hər iki görüşdə qələbə qazanacağıq. Başqa yolumuz da yoxdur. Məqsədimizə nail olmaq istəyiriksə, həm Azərbaycan, həm də San-Marinonu məğlub etməliyik".
 
56 yaşlı mütəxəssis yer aldıqları "C" qrupunu ilk iki pillədə tamamlamaq niyyətində olduqlarını da vurğulayıb: "Almaniya yenilgisindən sonra tənqid obyektinə çevrildiyimi bilirəm. Amma heç vaxt postumu itirməkdən qorxmamışam. İndi bütün diqqətimizi seçmə mərhələ oyunlarına yönəltmişik. Bizim istəyimiz Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməkdir. Bunun üçün də sona qədər mübarizə aparacağıq".
 
Qeyd edək ki, oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər bundan 3 gün sonra Osloda San-Marinonu qəbul edəcəklər.

Oxşar xəbərlər

Norveç-Azərbaycan oyununun stadionu müəyyənləşdi
Azərbaycan millisinə uduzdu, federasiyaya yeni baş katib təyin edildi
Bakıdakı məğlubiyyəti ona bağışlamadılar!
“Qəbələ”nin futbolçusu Avstriya ilə oyuna çağırıldı
Prosineçki: "Çətin ki, Rusiyadakı mundiala vəsiqə qazanaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər