Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Prosineçki: "Çətin ki, Rusiyadakı mundiala vəsiqə qazanaq"
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Dünya Çempionatının seçmə mərhələsi haqda danışıb.
Ölkənin index.hr portalına açıqlama verən xorvatiyalı mütəxəssis rəqiblərə başağrısı olmağa çalışacaqlarını deyib:
"Azərbaycan yığması inkişafdadı. Bu vaxta qədər bir neçə yaxşı nəticəyə imza atmışıq. Dünya çempionatının seçmə mərhələsində hamı üçün güclü rəqib olmağa çalışacağıq. Əsas məqsədimiz budur".
Prosineçki komandasının mundiala vəsiqə qazanacaq gücdə olmadığını etiraf edib:
"Çətin ki, Rusiyada baş tutacaq mundiala vəsiqə qazanaq. Bunu bacarmağı çox istəyirik. Mövzu ilə bağlı çox danışa bilərəm. Ümumilikdə hər şey o qədər də pis deyil”.
Oxşar xəbərlər
Mundiala vəsiqə qazanan heyətə bir milyonluq mükafat
"Prosineçki ilə 70-80 faiz anlaşmışıq" - "Bursaspor" prezidenti
Löv və Prosineçki məğlub olan yığmamızı tərfilədi!
"Yığmamızın yanvar-fevralda yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmayıb"
Azərbaycanlılar artıq indidən DÇ-2018 üçün bilet bron edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası