reklam
Bakı möhtəşəm final ərəfəsində: paytaxtımızın futbol fanatları ilə -
Sportfm.az xəbər saytı

Bakı möhtəşəm final ərəfəsində: paytaxtımızın futbol fanatları ilə -VİDEOSORĞU


Mayın 29-da Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək.

Sportfm.az xəbər verir ki, finalda iki İngiltərə - London klubu üz-üzə gələcək. 

Bir sözlə, Bakıda "Arsenal" və "Çelsi"nin ifasında London derbisi izləmək şansı əldə edəcəyik.

Oyuna maraq çox böyükdür. Azarkeşlər artıq indidən komandalarını dəstəkləmək üçün hazırlıqlar görürlər.

Bu matça Azərbaycanda fəaliyyət göstərən iki klubun fanklubları da ciddi hazırlaşır. "Arsenal" azarkeşləri təkcə London deyil, Bakının da qırmızı rəngə boyanacağına əmindirlər. 

"Çelsi" azarkeşləri isə əksinə fikirləşirlər - "London yalnız göydür".

Baku TV-nin əməkdaşları "Arsenal" və "Çelsi"nin Bakı fanklublarının üzvləri ilə görüşüb, onlarla bağlı reportaj hazırlayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

Oyunu başda Canluka Rokki olmaqla italiyalı hakimlər briqadası idarə edəcək.(oxu.az)

Oxşar xəbərlər

"Arsenal" azarkeşləri final matçında təxribat edəcək!
"Çelsi" və "Arsenal" azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı
Bakı Olimpiya stadionu tam dolmayacaq! - Açıqlama
Bakıda ingilis finalı
London klubunun ən uzun səfəri Bakıya olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər