Bakıda ingilis finalı
Avropa Liqasında finalçılar bəlli olub.
Sportfm.az xəbər verir ki, "Arsenal" ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi "Valensiya"nın qonağı olub. "Topçular" cavab görüşündə 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Londonda "Çelsi" ilk oyunda 1:1 hesablı heç-heçə etdiyi "Ayntraxt"ı qəbul edib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibin adına penaltilər zərbəsində aydınlıq gəlib. Daha dəqiq oynayan "Çelsi" həlledici oyuna vəsiqə qazanıb.
Bakıda keçiriləcək Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları üz-üzə gələcək. London derbisi mayın 29-u, Bakı Olimpiya stadionunda baş tutacaq.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
9 may (cümə axşamı)
“Valensiya” (İspaniya) – “Arsenal” (İngiltərə) - 2:4
Qollar: Kevin Qameyro, 11, 58 - Pyer-Emerik Obameyanq, 17, 69, 88, Aleksandr Lyakazett, 50
İlk oyun – 1:3
“Çelsi” (İngiltərə) – “Ayntraxt” (Almaniya) - 1:1 (pen. 4:3)
Qollar: Ruben Loftus-Çik, 28 - Luka Yoviç, 49
İlk oyun – 1:1
Oxşar xəbərlər
Avropa Liqasının rəmzi yığmasının tərkibi açıqlandı
"Arsenal" İspaniyada qələbə qazandı - VİDEO
"Çelsi" penaltilərlə qalib gəldi - VİDEO
Avropa Liqasında ingilislərin günü
"Valensiya" və "Arsenal" "Bakıya doğru" - AL yarımfinalçılar məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası