Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Küçədə opüşən kişiləri görmək dəhşət idi”
Ukraynanın "Zarya” klubunun baş direktoru Sergey Rafailov Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted”lə keçirilən oyun barədə danışıb. Komanda.az xəbər verir ki, Rafailov Mançesterə səfər təəssüratlarını bölüşüb. O, şəhərdən xoşu gəlmədiyini bildirib. Baş direktor Mançesterdə öpüşən kişiləri görərkən, dəhşətə gəldiyini deyib: "İngiltərədə ancaq Mançesterdə oldum. Bu şəhər xoşuma gəlmədi. Çox çirkli idi. Şəhərin mərkəzinə yaxın olan oteldə məskunlaşmışdıq. Bütün gecəni otelin yaxınlığında, asfaltın üstündə "bomjlar” yatırdı. Gecə şəhəri gəzdim və mərkəzdən bir qədər uzaqlaşdım. Orda vəziyyət daha acınacaqlı idi. Küçədə opüşən kişiləri görmək dəhşət idi. Avrointeqrasiya istəyən ukraynalılara 20 dəfə düşünməyi təklif edirəm. İstəyirəm ki, nəvəm küçəyə çıxanda öpüşən kişilər, küçədə yatan "bomjlar” görməsin”.
Oxşar xəbərlər
Qriqorçuk onu "Neftçi"də görmək istəmir, rəhbərlik isə...
Öpüşən Rubiales danışdıqca batır
Kişiləri çalışdıran qadın məşqçidən qalmaqallı açıqlama: "Seçimləri oyunçuların..."
Olimpiya çempionu..."Orada olduğum müddətdə küçədə sərxoş adam görmədim”
Mourinyo onu siyahıya salmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası