Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionları yaxından tanıyaq...
Futzal üzrə Yüksək Liqada növbəti mövsümə yekunlaşmaq üzrədi. Sportfm.az xəbər verir ki, həlledici oyunda “Araz”la Yüksək Liqanın debütantı “Xəzər Cənub” qarşılaşacaq. Naxçıvan təmsilçisi 14-cü, Lənkəran klubu isə ilk titulunu qazanmaq ərəfəsindədi. Qeyd edək ki, “Araz” 13 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət “Avtomobilçi” və “Turan AİR”dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Khazar Islands” qırıb. Bu, sayca 26-ci ölkə çempionatıdı. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
MÖVSÜM ÇEMPİON
1993 “Nicat” (Bakı)
1994/95 “Azadə”
1995/96 “Avtomobilçi”
1996/97 “Avtomobilçi”
1997/98 “Avtomobilçi”
1998/99 “Azərneftyanacağ”
1999/00 “Azərneftyanacağ”
2000/01 “Turan AIR”
2001/02 “Turan AIR”
2002/03 “Tribut”
2003/04 “Turan AIR”
2004/05 “Araz”
2005/06 “Araz”
2006/07 “Araz”
2007/08 “Araz”
2008/09 “Araz”
2009/10 “Araz”
2010/11 “Araz”
2011/12 “Araz”
2012/13 “Araz”
2013/14 “Araz”
2014/15 “Khazar Islands”
2015/16 “Araz”
2016/17 “Araz”
2017/18 “Araz”
Oxşar xəbərlər
Azərbaycan kubokunda mövsüm başa çatdı
Azərbaycan çempionu kim olacaq? - Yüksək Liqa
"Araz-Naxçıvan" "Zirə"yə qarşı - I Divizion
Kuboku kim qazanacaq?
25-ci kuboku kim qazanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası