39 ölkə arasında birinciyik -Praqada
Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.
Sportfm.az xəbər verir ki, 15-17 sentyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub.
Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə edib. -90 kq. çəkidə yarışan cüdoçumuz Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov üçüncü yer uğrunda mübarizədə macarıstanlı idmançı Peter Safranini üstələyərək bürünc medala yiyələnib. -100 kq. çəkidə mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli yarışı 5-ci yerdə tamamlayıb.
Xatırladaq ki, çempionatın ilk günündə -60 kq. çəkidə Turan Bayramov gümüş medal, ikinci günündə isə -73 kq. çəkidə Vüsal Qələndərzadə və -90 kq. çəkidə Elcan Hacıyev qızıl medal qazanıb.
Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerə çıxıb.
Sabah qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
Avropa kubokunda birinci yer - cüdoçularımızdan böyük uğur
Azərbaycan cüdoçuları 6 medal qqazandı - Açıq Avropa turniri
Avropada ən güclüyük - Cüdo üzrə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası