reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ilk dövrəni məğlubiyyətsiz başa vurdu


Topaz Premyer Liqasında VII tura və ilk dövrəyə yekun vurulub. Sportfm.az saytının məlumatına görə, həftənin son matçı Qəbələ baş tutub. Çempionluğa əsas namizədlər, Avropa Liqasının qrupunda çıxış edən "Qarabağ”la "Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəliblər. 8 oyundu uduzmayan və qol buraxmayan "qırmızı-qaralar” son 4 turda xal da itirməyib. Bölgə klubunun seriyası bu dəfə də davam edib. Meydan sahibləri matça fəal başlayıb. 11-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra isə Baqali Dabo ikinci dəfə qonaqları məyus edib. Matçın sonuna kimi başqa qol olmayıb və "Qarabağ" meydanı başıaşağı tərk edib. 
 
Qeyd edək ki, bu oyundan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq.
 
Topaz Premyer Liqası
VII tur
02 oktyabr (bazar)
 
"Qəbələ” – "Qarabağ” - 2:0
Qollar: Ozobiç, 11, Dabo, 14
 
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 21. Roman Hüseynov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk
 
"Qarabağ”: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
 

Oxşar xəbərlər

Qurban Qurbanov:"Orada elə bir mübahisəli məqam yox idi"
"Qarabağ" və "Qəbələ" qalib gəldi
"Qarabağ" - "Kəpəz" 1:0 -
“Qəbələ” xal itirdi, “Qarabağ”dan səfər qələbəsi
"Qarabağ" "Zirə"yə, "Qəbələ" isə AZAL-a şans vermədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər