Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" "Zirə"yə, "Qəbələ" isə AZAL-a şans vermədi
Bu gün Topaz Premyer Liqasında V tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, son qarşılaşmalardan biri Qəbələdə, digəri Bakıda baş tutub. Günün ilk oyununda uzun müddət aradan sonra yenidən doğma meydanda azarkeşləri ilə görüşən "Qəbələ” AZAL-ı sınağa çəkib. Roman Qriqorçukun yetirmələri üçün autsayderlə oyun gözlənildiyi kimi asan keçib. "Qırmızı-qaralar” "Anderlext”lə çətin səfər matçından yorğun dönməsinə baxmayaraq, aşkar favorit olduqları matçdan 3 cavabsız qolla qalib ayrılıblar. Bu mövsüm ilk dəfə yerli azarkeşlər qarşısında çıxış edən komandanın heyətində Ozobiç, Ruslan Qurbanov və Roman Hüseynov fərqləniblər.
Turun son matçında isə "Qarabağ” "Zirə” ilə qarşılaşıb. Stadion problemini həll edə bilməyən ağdamlılar bu dəfə də Masazırda meydana çıxıblar. Ötən tur olduğu kimi, bu görüşdə də "Əlincə Arena”ya sığınan nominal meydan sahibləri keçən mövsümdən Premyer Liqada çıxış edən "Zirə”ni 2 cavabsız qola "qonaq ediblər". Debüt ilində baş tutmuş 4 oyunun heç birində "Qarabağ”a qalib gələ bilməyən Adil Şükürovun yetirmələri seriyanı 5 oyuna çıxarıblar.
Topaz Premyer Liqası
V tur
19 sentyabr (bazar ertəsi)
"Qarabağ” – "Zirə” - 2:0
Qollar: Rahid Əmirquliyev, 21, 40
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
"Əlincə Arena”
"Qarabağ": 1. Boyan Şaranov, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda 21. Arif Daşdəmirov, 22.Əfran İsmayılov, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5.Maksim Medvedev, 6.Dino Ndlovu, 8. Miçel, 17. Namik Ələsgərov, 18. İlqar Qurbanov, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
"Zirə”: 1. Anar Nəzirov, 19. Nurlan Novruzov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid
Baş məşqçi: Adil Şükürov
"Qəbələ” – AZAL - 3:0
Qollar: Filip Ozobiç, 31, Ruslan Qurbanov, 56, Roman Hüseynov, 65
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
AZAL: 1. Rəşad Əzizli, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 9. Röyal Nəcəfov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 77. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 21. David Canelidze, 10. Nuqzar Kvirtiya
Baş məşqçi: Tərlan Əhmədov
Oxşar xəbərlər
"Qəbələ" AZAL-ı, "Qarabağ" "Zirə"ni məğlub etdi
"Qarabağ" - "Kəpəz" 1:0 -
“Qəbələ” xal itirdi, “Qarabağ”dan səfər qələbəsi
Liderlər autsayderləri xalsız qoydular
“Qarabağ"dan darmadağın
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası