Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fatih Terimdən sürpriz
Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanla bağlı qərarını dəyişməyə hazırlaşır. Sportfm.az xəbər verir ki, Avropa çempionatında yaşanan "mükafat böhranı"ndan sonra Arda və bir neçə aparıcı futbolçu Xorvatiya matçına dəvət almamışdı. Bundan sonra ölkə mediası və ictimaiyyət Terimin şok qərarına kəskin şəkildə etiraz etmiş, baş məşqçini mübahisələri şəxsi ədavətə çevirməkdə günahlandırmışdı. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "İmperator"dan qərarına yenidən baxmağı xahiş etmişdi. Dövlət başçısı Beştepe sarayında TFF prezidenti Yıldırım Dəmirörən və Fatih Terimlə keçirdiyi görüşdə "Mübahisələr milli komandaya mənfi təsir edir. Arda ilə bağlı qərarınıza yenidən baxmağı xahiş edirəm" demişdi. Üstəlik son dövrlər Arda formasının demək olar ki, zirvəsindədi. "Barselona"da mütəmadi oynayan futbolçu qollar vurur, məhsuldar ötürmələr verir. Türkiyə mediasının məlumatına görə, Terim problemin "şəxsi məsələ"yə çevrilməməsi üçün Ardanı oktyabrın 6-da Ukrayna, 3 gün sonra İslandiya ilə baş tutacaq matçlara dəvət edəcək.
Qeyd edək ki, Arda bu mövsüm "Barselona"da keçirdiyi 8 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Prezident Arda Gülərə zəng etdi
Arda Turan Türkiyə milli komandası ilə bağlı yeni qərarını açıqladı
Arda haqda sensasiyalı iddia
Türkiyə yığmasının kapitanı "Barselona"nın əvəzedici heyətində
Arda? Harda?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası