reklam
258 nömrəli tam orta məktəb birinci oldu
Sportfm.az xəbər saytı

258 nömrəli tam orta məktəb birinci oldu


Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin idman zalında paytaxt şagirdləri arasında stolüstü tennis üzrə yarış keçirilib.

Sportfm.az xəbər verir ki, paytaxt məktəblərinin VI–IX sinif şagirdlərinin iştirakı ilə komanda xarakteri daşıyan yarışda 9 kollektivin tərkibində 45 şagird (18 qız) iştirak edib. Yarışın nəticələrinə görə, birinci yeri Nərimanov rayonu 258 nömrəli tam orta məktəbin komandası tutub. Nizami rayonu 238 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, Xətai rayonu Heydər Əliyev adına liseyin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Yarışda ilk üç yeri tutan komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

AZƏRTAC

Oxşar xəbərlər

Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirildi
Binəqədi rayonunun komandası hamını arxada qoydu
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər