Şüar səsləndirən olimpiya çempionu həbs edildi -FOTO
Slalom və ikili baydarkada avarçəkmə üzrə 2012-ci ilin Olimpiya çempionu Etyenn Stott Londonda keçirilən ekoloji etiraz aksiyasında həbs olunub. Bu barədə məlumatı İngiltərənin “San” nəşri yayıb.
Sportfm.az xəbər verir ki, 39 yaşlı Olimpiya çempionu Skotland-Yard polisləri tərəfindən Vaterloo körpüsünün yaxınlığında ekoloji şüarlar səsləndirdiyi zaman saxlanılıb. Bundan əvvəl bildirilib ki, Stott və yoldaşı avtobus dayanacağının damında çıxışlar ediblər.
Londonda keçirilən etiraz aksiyasının iştirakçıları hökumətdən iqlim dəyişmələri barədə həqiqətləri söyləməyi, bu sahədə nəzarətedici vətəndaş Assambleyasının yaradılmasını, həmçinin atmosferə emissiya olunan qazların səviyyəsinin sıfıra endirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.
Bu günədək aksiya iştirakçılarından 831 nəfər saxlanılıb, onların 40-na qarşı ittiham irəli sürülüb. London polisinin rəhbəri Kressida Dikin sözlərinə görə, polisdə işlədiyi 36 il ərzində o, bir polis əməliyyatında bu sayda insanın saxlanıldığını xatırlamır.
Oxşar xəbərlər
“El-Klasiko”dan sonra dəhşətli toqquşmalar, çox sayda xəsarət alan var - FOTO
Azərbaycanın Olimpiya mükafatçısı oyunlardan kənarlaşdırıldı
Adı mafiya ilə yanaşı çəkilən italyan futbolçu saxlanılıb
Futbol federasiyasının prezidenti həbs edildi
Avropa Olimpiya Komitəsinin prezidenti həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bir neçə futbolçumuzun başqa peşəsi var" - Konrad Fünfştük
-
"Litva və Lixtenşteyn tamamilə fərqli futbol oynayır" - Ayxan Abbasov
-
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
-
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
-
Türk futbolunun sabiq ulduzunun başı dərddə
-
Litva - Andorra - 3:0 - VİDEO















Misli Premyer Liqası