reklam
Rusiyalı futbolçu Bakıya gəlməyəcək
Sportfm.az xəbər saytı

Rusiyalı futbolçu Bakıya gəlməyəcək


İspaniya La Liqasının XXXII turunda "Betis"lə səfər matçında zədələnən "Valensiya"nın futbolçusu Denis Çerışevin durumuna aydınlıq gəlib. 

Sportfm.az xəbər verir ki, 28 yaşlı hücumçunun sağ diz bağlarından xəsarət aldığı bəlli olub. Rusiya millisinin də şərəfini qoruyan oyunçunun mövsümün digər matçlarında iştirak etməyəcəyi dəqiqləşib. 

Qeyd edək ki, müqavilə ilə "Vilyarreal"a məxsus olan Çerışev icarə əsasında "Valensiya"da çıxış edir. O, bu mövsüm La Liqada 27 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Yarasalar" çempionatda 52 xalla beşinci yerdədir. 

İspaniya təmsilçisi Avropa Liqasının yarımfinalında isə İngiltərə "Arsenal"ı ilə üz-üzə gələcək. Komanda finala çıxacağı təqdirdə, Denis Çerışev mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada iştirak edə bilməyəcək. 

Oxşar xəbərlər

Milli komandanın üzvü "Valensiya" ilə anlaşdı
"Çelsi"nin futbolçusu Bakıya gəlməyəcək
“Arsenal” və “Valensiya” qalib gəldi - Avropa Liqası
Rusiya millisində dopinq qalmaqalı
Atası etiraf etdi:"Oğlum dopinq qəbul etmişdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər