Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Çelsi"nin futbolçusu Bakıya gəlməyəcək
"Çelsi"nin futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.
Sportfm.az xəbər verir ki, "New England Revolution" ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.
Tibbi müayinədən sonra ingiltərəli oyunçunun 5-9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
ABŞ komandası ilə görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub.
Oxşar xəbərlər
"Çelsi" penaltilərlə qalib gəldi - VİDEO
Bakıda ingilis finalı
Həftənin ən yaxşı futbolçusu adına 4 iddialı
Rusiyalı futbolçu Bakıya gəlməyəcək
"Qarabağ"da ciddi itki - Azı 3 həftə oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası