Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" yenə uduzdu
Topaz Premyer Liqasında VI tura yekun vurulub. Sportfm.az saytının məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub. Turun son matçı Bakıda keçirilib. Turnir cədvəlinin aşağı pillələrində qonşu olan "Neftçi” və "Sumqayıt” paytaxt təmsilçisinin meydanında üz-üzə gəliblər. Ardıcıl 4 məğlubiyyət almaqla, ölkə çempionatlarındakı antirekordunu müəyyənləşdirən "ağ-qaralar” bu matçda da dönüş edə bilməyiblər. Komanda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. İlk hissə bərabərliklə başa çatıb.
İkinci hissədə daha bir dəfə fərqlənən "Sumqayıt" matçdan qələbə ilə ayrılıb.
Topaz Premyer Liqası
VI tur
27 sentyabr (çərşənbə axşamı)
"Neftçi” – "Sumqayıt” - 1:2
Qollar: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19, Seymur Əsədov, 71
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
"Əlincə Arena”
"Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 6. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev, 80. Edson Kastilya, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 9. Katalin Tira, 95. Elvin Bədəlov, 23. Tərzin Cahangirov
Baş məşqçi: Elxan Abdullayev
"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh
Məşqçi: Seymur Rəhimov
Oxşar xəbərlər
"Neftçi" məğlub oldu
Gəncədə qalib müəyyənləşmədi, “İnter” ilk dəfə uduzdu
"Qarabağ"dan qələbə, "Qəbələ" xal itirdi, "Neftçi"dən biabırçılıq
"Neftçi" qələbə həsrətinə son qoydu YENİLƏNİR
"İnter" "Neftçi"yə qalib gəldi,Sumqayıtda heç-heçə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası