reklam
Sportfm.az xəbər saytı

"İnter" "Neftçi"yə qalib gəldi,Sumqayıtda heç-heçə


 
Bu gün Topaz Premyer Liqasında V tura start verilib. Sportfm.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçı Sumqayıtda keçirilib. "Kəpəz” yerli komandaya qonaq olub. İlk 4 turda sadəcə bir qələbə qazana bilən gəncəlilər turnir cədvəlində özündən bir pillə aşağıda yerləşmiş "kimyaçılar” qarşısında növbəti 3 xalı hədəfləsə də, bu dəfə də 1 xalla kifayətlənməli olub. Tərəflər qarşılıqlı olaraq hərəyə bir dəfə fərqləniblər. Bu nəticə ilə "Sumqayıt” "Kəpəz”ə qarşı 5 oyundu davam edən qələbəsizlik seriyasını 6-ya çıxarıb.
 
Günün ikinci oyununda isə son günlər tarixinin ən pis dönəmlərindən birini keçirən "Neftçi” "İnter” səfərinə yollanıb. Mövsümə yaxşı başlayan və 4 oyundan sonra uduzmayan "bankirlər” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək üçün əla şans əldən veməyiblər. Ötən tur "Qəbələ”dən 8 cavabsız qol buraxan "ağ-qaralar”ın isə yeni baş məşqçi ilə yeni səhifə açmaq xəyalları suya düşüb. Hesabı qonaqlar açsa da, axıra qədər dözə bilməyiblər. Sona 3 dəqiqə qalmış Rauf Əliyev status-kvonu bərpa edib. Əlavə olunmuş dəqiqələrdə dublunu rəsmiləşdirən "11 nömrə" komandasına qələbə qazandırıb.
 
Topaz Premyer Liqası
V tur
 
18 sentyabr (bazar)
 
"İnter” – "Neftçi” - 2:1
Qollar: Rauf Əliyev, 87, 90+1 - Araz Abdullayev, 67 (pen.)
 
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"İnter Arena”
 
"İnter”: 1. Səlahət Ağayev (k), 17. Abbas Hüseynov, 10. Elnur Abdullayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 15. Ruslan Abışov, 19. Mirhüseyn Seyidov, 8. Nizami Hacıyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
 
"Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 4. Rahil Məmmədov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 17. Rəhman Hacıyev , 80. Edson Kastilya, 10. Cavid İmamverdiyev, 7. Araz Abdullayev (k), 99. Denilson Pereyra, 19. Fəhmin Muradbəyli
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 95. Elvin Bədəlov, 26. Kamal  Qurbanov, 20. Eltun Yaqublu
Baş məşqçi: Elxan Abdullayev
 
 
"Sumqayıt” – "Kəpəz” - 1:1
Qollar: Vaqif Cavadov, 69 - Kərim Diniyev, 72
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
 
"Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 11. İbrahim Abednezhad, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov
 
"Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 25. Şəhriyar Əliyev, 21. Novruz Məmmədov, 9. Tural Qürbətov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 4. Qaraxan Əliyev 
Baş məşqçi: Şahin Diniyev

Oxşar xəbərlər

"İnter" "Zirə" ilə, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi
"Sumqayıt" "Kəpəz"ə, "Neftçi" "İnter"ə qalib gəldi
Gəncədə qalib müəyyənləşmədi, “İnter” ilk dəfə uduzdu
Gəncədə hesab açılmadı
"İnter" səfərdə, "Kəpəz"evdə sevindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər