reklam
Çakır Çempionlar Liqasının oyununa təyinat aldı
Sportfm.az xəbər saytı

Çakır Çempionlar Liqasının oyununa təyinat aldı


Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.

Sportfm.az xəbər verir ki, 43 yaşlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda keçiriləcək İngiltərə komandaları "Mançester Siti" və "Tottenhem"in matçını idarə edəcək. 

Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.

Qeyd edək ki, Mançester şəhərindəki görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda "Tottenhem" minimal hesablı qələbə qazanıb - 1:0. 

Bu mərhələdəki "Barselona" (İspaniya) - "Mançester Yunayted" (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək. 

Oxşar xəbərlər

Cüneyt Çakıra növbəti təyinat - Çempionlar Liqası
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
Avropa Liqasında 1/4 finalın püşkü atıldı - Cütlüklər
Əliyar Ağayev "Barselona"nın oyununa təyinat aldı
UEFA-dan Çakıra növbəti təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər