reklam
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı bəlli olacaq
Sportfm.az xəbər saytı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı bəlli olacaq


UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlərin adlarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, iddiaçılar siyahısına 4 oyunçu düşüb. Bunlar İngiltərə "Liverpul"unun hücumçusu Roberto Firmino, "Tottenhem"in forvardı Son Hın Min, Hollandiya "Ayaks"ının yarımmüdafiəçisi Frenki de Yonq və İspaniya "Barselona"sının müdafiəçisi Jerar Pikedir.

Portuqaliya "Portu"su ilə qarşılaşmada Firmino qol və məhsuldar ötürmə müəllifi olub. Son Hın Min "Mançester Siti" ilə görüşdə yeganə qola imza atıb. De Yonqun İtaliya "Yuventus"u ilə matçda ötürmə dəqiqliyi 91 faiz təşkil edib. Pikedə isə "Mançester Yunayted"lə oyunda bu göstərici 94 faizə çatıb. 

Qeyd edək ki, "Tottenhem" evdə "Mançester Siti"ni, "Barselona" səfərdə "Mançester Yunayted"i yenib - 1:0. "Liverpul" evdə "Portu"ya 2:0 hesabı ilə qalib gəldiyi halda, "Ayaks" - "Yuventus" qarşılaşmasında qalib müəyyənləşməyib. 

Oxşar xəbərlər

İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
Həftənin oyunçusu adına namizədlər açıqlandı - FOTO
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum oldu
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
Avropa Liqasında 1/4 finalın püşkü atıldı - Cütlüklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər