reklam
Bakıya gələcək Belçika yığmasının heyəti məlum oldu
Sportfm.az xəbər saytı

Bakıya gələcək Belçika yığmasının heyəti məlum oldu


Cüdo üzrə Belçika yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində güclü heyətlə iştirak edəcək.

Sportfm.az xəbər verir ki, yığmanın tərkibində 6 cüdoçu yer alıb. Kişilərdən ibarət komandada Jorrek Verstraeten (60 kq), Van Kenneth Qansbeke (66 kq), Sami Çouçi (81 kq), qadınlardan ibarət komandada isə Anne Sofie Jura (48 kq), Çarline Van Snik (52 kq), Qabriella Villems (70 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Jorrek Verstraeten bu ilin əvvəlində keçirilmiş Təl-Əviv Qran-Prisinin, Van Kennet Qansbeke isə 2018-ci ildə keçirilmiş Kankun Qran-Prisinin qalibləridir. Çarline Van Snik Yekaterinburq “Böyük dəbilqə”sinin bürünc mükafatçısı, Haaqa Qran-Prisinin qalibidir. Yığmada çıxış edəcək Qabriella Villems isə Haaqa və Kankun Qran-prilərinin mükafatçısıdır.

Oxşar xəbərlər

Britaniya Qran-prisinin qalibi Hemilton oldu
İspaniya Qran-prisinin qalibi Ferstappen oldu - "Formula 1"
Səudiyyə Ərəbistanı qran-prisinin qalibi bilindi
Azərbaycan Qran prisinin tarixi təsdiqləndi - Formula 1
Azərbaycanda keçiriləcək Qran-Prinin tarixi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər