reklam
Gənc cüdoçumuz Avropa kubokunda çempion oldu -
Sportfm.az xəbər saytı

Gənc cüdoçumuz Avropa kubokunda çempion oldu -FOTO


Xəbər verdiyimiz kimi, İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

Sportfm.az xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

İlk gündə Azərbaycanın milli komandası aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.

604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

Oxşar xəbərlər

Avropa kubokunda Azərbaycanı 16 cüdoçu təmsil edəcək
Cüdoçumuz Avropa kubokunda qızıl medal qazandı
Balabəy Linyanoda qızıl qazandı
Cüdoçumuz erməniyə qalib gəlib, çempion oldu
Cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər