reklam
Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi
Sportfm.az xəbər saytı

Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi


Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov Almaniyanın Bohum şəhərində keçirilmiş nüfuzlu beynəlxalq turnirdə növbəti dəfə parlaq qələbə qazanaraq dünya kəmərinə (WFMC) sahib olub.

Sportfm.az xəbər verir ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Əhmədov almaniyalı kikboksçu, məşhur "Nubia Sports" klubunun yetirməsi Kevin Herşlagla (Kevin Heerschlag) rinqə çıxıb.

Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçumuz 5 raundluq döyüşdə rəqibi üzərində inamlı qələbə qazanaraq Azərbaycan bayrağını başı üzərinə qaldırıb. 

Qeyd edək ki, X.Əhmədov dünya miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil etdiyinə və parlaq qələbələr qazandığına görə Prezident İlham Əliyev tərəfindən fəxri fərmanla təltif olunub.

Oxşar xəbərlər

Azərbaycanlı "Tank" dünya kəmərini qazandı
“Tank” ləqəbli boksçumuz döyüşə çıxır
Kikboksçumuz Almaniyada çempion oldu
Azərbaycanlı idmançı Almaniyada döyüşə çıxacaq
"Tank" ləqəbli idmançımız Niderlandda gərgin döyüşə çıxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər