reklam
Sportfm.az xəbər saytı

"Liverpul" "Milan"a qalib gəldi


Bu gün "Liverpul" və "Milan"ın sabiq futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, mersisaydlılara məxsus "Enfild" stadionunda xeyriyyə məqsədilə təşkil olunan görüşdə Stiven Cerard, Andrea Pirlo, Maykl Ouen, Yeji Dudek, Dida, Kafu, Ceymi Karraqer, Cibril Sisse, Paolo Maldini, Kaka, Filippo İnzaqi, Ruy Koşta, Cennaro Qattuzo, Cuzeppe Pankaro kimi ulduzlar iştirak ediblər. Qarşılaşma "Liverpul" əfsanələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İngilislərin heyətində Robbi Fauler (25-ci dəqiqə), Sisse (52) və Cerrard (80) fərqləniblər. "Milan"ın qollarını isə Pirlo (61-ci dəqiqə) və Pankaro (78) vurublar.

Oxşar xəbərlər

Türkiyə klubunu İnzaqi çalışdıracaq - İddia
Daniel Maldini "Milan"da debüt etdi
O getdi! - VİDEO
"Liverpul" əfsanələri "Real"ın sabiq ulduzlarına qalib gəldi
Cennaro Qattuzo millini çalışdırmaqdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər