Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daniel Maldini "Milan"da debüt etdi
"Milan" A seriyasının 22-ci turunda "Verona" ilə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan oyunun son dəqiqələrində "Milan"ın heyətində meydana 18 yaşlı Daniel Maldini daxil olub.
Onun meydana daxil olması "Milan" üçün tarixi əhəmiyyət daşıyıb. Belə ki, Daniel vaxtilə "Milan"ın şərəfini qorumuş Çezera və Paolo Maldinilərin davamçısıdır. O, Paolonun oğlu, Çezeranın nəvəsidir.
Baba və ata Maldinilər "Milan"ın heyətində 994 oyun keçiriblər (Paolo 647, Çezera 347). Onların hər ikisi "Milan"ın kapitan sarğısını daşıyıblar.
Daniel 2000-ci ildən sonra doğulanlar arasında "Milan"ın heyətində meydana çıxan ilk futbolçudur.
Oxşar xəbərlər
Bu Maldini, o Maldini deyil...
Maldini "Milan"a lazım olmadı
Maldini xəstəliyə qalib gəldi
"Milan"ın futbolçusu koronavirusa qalib gəldi
Böyük dinastiyanın geri dönüşü baş tutdu - Daniel meydana çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin