Bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək
Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin “Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.
Günün bütün oyunları aşağıdakılardı:
A qrupu
21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə - Çexiya
B qrupu
23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna
H qrupu
23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa
Oxşar xəbərlər
Türkiyə ən önəmli matçına çıxacaq - SİYAHI
İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək - SİYAHI
AVRO-2020-nin seçmə mərhələsində V tura yekun vurulacaq - SİYAHI
AVRO-2020: Türkiyədən növbəti qələbə
DÇ - 2018 seçmə qrup mərhələsində növbəti oyunlar başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası