reklam
AVRO-2020-nin seçmə mərhələsində V tura yekun vurulacaq -
Sportfm.az xəbər saytı

AVRO-2020-nin seçmə mərhələsində V tura yekun vurulacaq -SİYAHI


Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində V turun oyunlarına yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə 3 qrupda 7 qarşılaşma təşkil olunacaq. A və B qrupunda 2, H qrupunda isə 3 matç keçiriləcək.

Türkiyə H qrupunda Andorra ilə üz-üzə gələcək. Bu qrupun digər komandası son dünya çempionu Fransa Albaniyanı qəbul edəcək. Digər görüşdə isə İslandiya və Moldova yığmaları qarşılaşacaq.

A qrupunun liderlərindən İngiltərə Bolqarıstanı qəbul edəcək, Çexiya isə səfərdə Kosovonun müqavimətini qırmağa çalışacaq.

Nəhayət B qrupunda Litva - Ukrayna və Serbiya - Portuqaliya görüşləri baş tutacaq.

AVRO-2020, seçmə mərhələ

V tur

A qrupu

17:00. Kosovo - Çexiya

20:00. İngiltərə - Bolqarıstan

Xal durumu: İngiltərə - 6 (2 oyuna), Çexiya - 6 (3), Kosovo – 5 (3), Monteneqro - 2 (4), Bolqarıstan – 2 (4).

B qrupu

20:00. Litva - Ukrayna

22:45. Serbiya - Portuqaliya

Xal durumu: Ukrayna – 10 (4 oyuna), Lüksemburq – 4 (4), Serbiya - 4 (3), Portuqaliya – 2 (2), Litva – 1 (3)

H qrupu

20:00. İslandiya - Moldova

22:45. Fransa - Albaniya

22:45. Türkiyə - Andorra

Xal durumu: Fransa - 9, Türkiyə - 9, İslandiya – 9, Albaniya – 6, Moldova – 3, Andorra – 0.

Oxşar xəbərlər

Türkiyə Avropa Çempionatında!
Türkiyə ən önəmli matçına çıxacaq - SİYAHI
İngiltərə Kosovonu, Moldova Türkiyəni qəbul edəcək - SİYAHI
AVRO-2020: Türkiyədən növbəti qələbə
Bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər