Modriç yenə ən yaxşı oldu
Xorvatiya milli komandasının kapitanı Luka Modriç 7-ci dəfə ölkənin ən yaxşı futbolçusu seçilib.
Sportfm.az xəbər verir ki, "Vecernji List"in apardığı sorğuda "Real Madrid"in yarımmüdafiəçisinə münsiflər heyətinin 11 üzvü 110 xal verib.
İkinci yeri 94 xalla İtaliya "Yuventus"unun hücumçusu Mario Mancukiçtutub. İspaniya "Barselona"sının yarımmüdafiəçisi İvan Rakitiç isə 87xalla 3-cü olub.
Modriç daha əvvəl 2007, 2008, 2011, 2014, 2016 və 2017-ci illərdə də Xorvatiyada ən yaxşı futbolçu sayılıb. O, yenidən seçilməklə Xorvatiya Futbol İttifaqının hazırkı prezidenti Davor Şukeri də üstələyib.
Qeyd edək ki, "Vecernji List" ilin futbolçusunu 1972-ci ildən seçir. Ən yaxşılar sırasında 2 dəfə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də olub.
Oxşar xəbərlər
Modriç səkkizinci dəfə ən yaxşı oldu - Xorvatiyada
Modriç "Real Madrid"in yeni müqavilə təklifini rədd etdi
Nə Messi, nə Ronaldo - İlin ən yaxşı futbolçusu məlum oldu
Luka Modriç üçün astronomik rəqəm istəndi
Luka Modriç balaca qızın məktubuna cavab verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası