reklam
“Xorvatiyanın güclü heyəti bizim çəkindirmir”
Sportfm.az xəbər saytı

“Xorvatiyanın güclü heyəti bizim çəkindirmir”


“Hələlik yalnız bərpa xarakterli məşq keçmişik". 

Yeni baş məşqçimizi Nikola Yurçeviçlə yeni bir mərhələyə qədəm qoyuruq, ona görə də indi yığmada nələrin dəyişdiyini söyləmək tezdir”. 

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Nikola Yurçeviçin rəhbərliyi altında ilk təlim-məşq toplanışı dəyərləndirərkən deyib.  

Yığmanın martın 21-də səfərdə Xorvatiyaya qarşı keçirəcəyi AVRO-2020-nin seçmə oyunu barədə danışan “Neftçi”nin kapitanının sözlərinə görə, rəqibin DÇ-2018-in finalçısı olması onları qorxutmur: 

“Layiqli futbol sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Kimsə bizim böyük hesabla uduzacağımızı düşünürsə, şəxsi fikridir. 

Rəqibin çox güclü olduğunu anlayırıq. Ancaq biz Zaqrebə yaxşı oynamaq və müsbət nəticə əldə etmək üçün gedirik. Komanda olaraq buna köklənmişik”. 

“Maksimir” stadionunda baş tutacaq görüş ərəfəsində Xorvatiya yığmasının heyətində ciddi itkilər var. 

Lakin 27 yaşlı yarımmüdafiəçinin fikrincə, mundialda forma geyinmiş xorvatiyalı futbolçulardan 9-nun Azərbaycan ilə matçda forma geyinə bilməmələri rəqibin gücünə ciddi təsir etməyəcək: 

“Bunun bizim üçün üstünlük olduğunu düşünmürəm. Kiminsə olub-olmaması Xorvatiya yığmasına ciddi təsir etməz. 

Rəqibin futbolçuları “Real”, “Barselona”, “İnter” kimi top-klublarda çıxış edirlər. Hamısı dünya səviyyəlidirlər. 

Belə bir futbolçulara qarşı oynayacağımızın fərqindəyik. Amma bu, bizi çəkindirmir”.

Oxşar xəbərlər

"Azərbaycanlılar reallıqla yaşayan insanlardı və bilirlər ki, bu komanda ilə böyük hədəflərə doğru getmək mümkün deyil."
"Azərbaycanla bizə çətin olacaq" - Xorvat məşqçi
Sənan Qurbanov: "Futbolçular sonadək oyun intizamını pozmadılar"
"Bizim komandada çoxları uzun müddətdi avrokuvoklarda iştirak etmirlər"
Qurban Qurbanov: "Onlar qələbə üçün meydana çıxacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər