"Azərbaycanlılar reallıqla yaşayan insanlardı və bilirlər ki, bu komanda ilə böyük hədəflərə doğru getmək mümkün deyil."
"Bundan əvvəl də "Maksimir" stadionunda "Dinamo"ya qarşı çıxış etmişəm.
Bu dəfə isə başqa bir yığma mənim rəhbərliyim altında doğma komandama qarşı mübarizə aparacaq.
Xorvatiya millisində uzun müddət oynamışam, çalışmışam. Qəribə hisslərim və maraqlı təəssüratlarım var".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Yığmamız AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu sabah səfərdə Xorvatiyaya qarşı keçirəcək.
Oyunöncəsi ölkəsinin mətbuatına fikirlərini bölüşən Yurçeviç millimizin hədəflərindən söz açıb: "Cəmi bir aydı burdayam. Komanda üzərində yüksək təzyiq, ciddi gözlənti yoxdu. Azərbaycanlılar reallıqla yaşayan insanlardı və bilirlər ki, bu komanda ilə böyük hədəflərə doğru getmək mümkün deyil.
Onlar üçün əsas məsələ mümkün olduqca bir addım da irəliləməkdi. Komandanın əsasını yerli çempionatda oynayan futbolçular təşkil edir.
Həmçinin bir neçə legioner də var ki, onların çıxışı yığmanın oyununa əlavə rəng qatır".
Xorvatiyalı mütəxəssis Zaqrebə səyahət üçün getmədiklərini vurğulayıb: "Azərbaycan yığması dəfələrlə sürpriz edə biləcəyini göstərib.
Başa düşürük ki, FİFA reytinqində 108-ci komanda kimi 4-cü pillədə qərarlaşan komanda ilə oynayacağıq.
Belə bir rəqibə qarşı mübarizə aparmaq bizim üçün şərəfdi. Var gücümüzlə mübarizə aparacağıq. Matçı səbirsizliklə gözləyirik".
Yurçeviç sonda rəqibin heyətindəki problemlərdən də söz açıb: "Bilirəm ki, dünya çempionatından sonra Xorvatiya yığmasının heyətində ciddi dəyişikliklər olub.
Mundialda gümüş medal qazanan heyətin bir neçə üzvü artıq milliyə çağırılmır. Zlatko Daliçin komandasının müdafiə xəttində problemlər olduğunu da bilirəm.
Ancaq sevindirici haldı ki, yığmaya gənc oyunçular dəvət olunur. Onlar Xorvatiya futbolunun gələcəyidi.
Biz də çalışacağıq ki, gənc və təcrübəlilərin vəhdətindən qurulmuş komandaya qarşı bacardığımız qədər ürəklə mübarizə aparaq".
Oxşar xəbərlər
"Azərbaycanın Xorvatiyanı büdrədəcəyini düşünmürəm" - Robert Prosineçki
“Xorvatiyanın güclü heyəti bizim çəkindirmir”
Nikola Yurçeviç: "Maksimir"də sürpriz etməyə çalışacağıq"
"Azərbaycanla bizə çətin olacaq" - Xorvat məşqçi
"Xorvatiya ilə oyunu dörd gözlə gözləyirəm" - Nikola Yurçeviç
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası