reklam
Fanatlar derbiyə damğa vurdu -
Sportfm.az xəbər saytı

Fanatlar derbiyə damğa vurdu -FOTO


Yunanıstan çempionatında “Panatinaikos”la “Olimpiakos” arasında keçirilən qarşılaşma yarımçıq dayandırılıb.  

Sportfm.az xəbər verir ki, fanatlar ixtişaş törətdikləri üçün derbini sona çatdırmaq mümkün olmayıb. 

Artıq qarşılaşmanın 5-ci dəqiqəsində “Panatinaikos” fanatları rəqibin ehtiyat oyunçularına hücum ediblər.  

Buna görə qarşılaşma 8 dəqiqə dayandırılıb. İkinci hissənin əvvəlində “Olimpiakos” hesabı açıb. Bundan sonra “yaşıllar”ın fanatları polislərə hücum ediblər.  

Vəziyyəti sabitləşdirməyin mümkün olmadığını görən alman hakim Marko Frits 70-ci dəqiqədə oyunu dayandırmağa məcbur olub.  

Polis 8 nəfəri həbs edib. Böyük ehtimalla, oyun davam etdirilməyəcək və “Panatinaikos”a texniki məğlubiyyət veriləcək. 

Oxşar xəbərlər

Yığmamızın üzvü Yunanıstan çempionu oldu - UĞUR
Əliyar Ağayev Super Liqa oyununda - Təyinat
Yunanıstan çempionatının qalibi məlum oldu - Sona 7 tur qalmış
Yunanıstan klubu Avroliqadan ayrıldı
Saxta adla qeydiyyatda olan futbolçu oyun zamanı həbs edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər