Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yunanıstan klubu Avroliqadan ayrıldı
Yunanıstanın “Panatinaikos” basketbol klubu Avroliqa ilə əməkdaşlığı rəsmən dayandırıb. Afina basketbolçuları növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak etməyəcəklər.
Sportfm.az xəbər verir ki, Yunanıstan klubu 2015-ci ildə Avroliqa ilə 10 illik müqavilə imzalamışdı. Amma son vaxtlar komandanın sahibi Dimitrios Yannakopulosun Avroliqa rəhbərliyi ilə söz savaşına çıxması vəziyyəti dəyişib. Nəticədə, “Panatinaikos” Avroliqa ilə müqaviləni birtərəfli qaydada pozmalı olub.
Avroliqanı tərk edən “Panatinaikos” növbəti mövsüm FIBA-nın bayrağı altında keçirilən Çempionlar Liqasında çıxış etməyi planlaşdırır.
Oxşar xəbərlər
COVİD-19 saxtakarlığı - Avropa Liqası
Avroliqanın püşkü atıldı
Fanatlar klub prezidentinin evinə hücum etdi - VİDEO
Çempionatda cari mövsüm ləğv olundu
"Fənərbaxça" doğma meydanda ruslara uduzdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası