reklam
AFFA klublara qarşı çıxdı
Sportfm.az xəbər saytı

AFFA klublara qarşı çıxdı


AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqası nümayəndələri Klublar Komitəsinin (KK) bugünkü iclasında iştirak edib.  

Sportfm.az xəbər verir ki, bu barədə KK sədri Riad Rəfiyev bildirib. 

O deyib ki, E.Məmmədov klublara ayrılmış vəsaitin uşaq futboluna yox, legioner transferlərinə xərclənməsindən narahatlıq ifadə edib: 

"Bu il AFFA tərəfindən klublara təxminən 1 milyona yaxın vəsait ayrılıb. Bu məbləğ uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. 

Bu məbləğin hesabatı oldu, pulun hara xərcləndiyi ilə bağlı danışıldı. 

Klubların qış transfer dönəmində heyətlərinə xeyli sayda əcnəbi futbolçu cəlb etmələri anlaşılmazlığa səbəb olub. İclasda bunun yaxşı hal olmadığı vurğulandı". 

R.Rəfiyev onu da bildirib ki, baş katib AFFA-nın cari mövsümün qalan hissəsi üçün klublara 50, növbəti mövsüm isə 100 "Nike" topu verəcəyini də açıqlayıb.(sportinfo.az)

Oxşar xəbərlər

Klublar Komitəsinə yeni sədr seçildi - FOTO
Azərbaycan Premyer Liqasında yeni qaydalar - AÇIQLAMA
"Növbəti mövsümdən dəyişikliklər olacaq" - Klublar Komitəsinin sədri
Rəfiyev Klublar Komitəsinin sədri seçildi - FOTO
Klublar hesabat verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər