reklam
Sportfm.az xəbər saytı

"Yuventus" "Atletiko"ya, "Mançester Siti" "Şalke"yə qarşı


Bu gecə Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, 1/8 finalın cavab oyununda "Yuventus" "Atletiko"nu, "Mançester Siti" isə "Şalke"ni qəbul edəcək. 
Komandalar arasında keçirilən ilk görüşün nəticəsi İspaniya və İngiltərə təmsilçilərinin mərhələ adlamaq şansını artırıb. Ancaq rəqibini doğma meydanda qəbul edəcək "Yuventus" Madriddəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

"Şalke"nin isə işi daha çətindir. Evdə qapısından 3 top buraxan almanlar güclü rəqibi ilə görüşdə geridönüş edəcəyi inandırıcı deyil.
 
Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

00:00. "Yuventus" - "Atletiko"
İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke"
İlk oyun - 3:2

13 mart

00:00. "Barselona" - "Lion"

İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0

Xatırladaq ki, "Mançester Yunayted", "Ayaks", "Tottenhem" və "Portu" 1/4 finala yüksəlib.

Oxşar xəbərlər

"Liverpul" alman maşınını keçə biləcəkmi?
"Yuventus" üçün kabus, "Siti" üçün əzmkar gecə - Çempionlar Liqası
Liverpulda və Lionda qol vurulmadı - Çempionlar Liqası
Çempionlar Liqasında 1/8 finalın təqvimi açıqlandı
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər