reklam
UEFA Neymarı cəzalandırır
Sportfm.az xəbər saytı

UEFA Neymarı cəzalandırır


PSJ-nin hücumçusu Neymar diskvalifikasiyaya məruz qala bilər. 

Sportfm.az xəbər verir ki, buna səbəb onun hakimlərin ünvanına işlətdiyi ifadələrdi. 

Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə komandasının "Mançester Yunayted"ə məğlubiyyətindən sonra braziliyalı superulduz hakimliyi tənqid edib. 

Sosial şəbəkə vasitəsilə ikinci hissədəki idarəçiliyi və son dəqiqələrdə komandasının qapısına penalti təyin edilməsini biabırçılıq adlandıran Neymarın paylaşımı Nizam-İntizam Komitəsində müzakirə olunacaq. 

Günahkar olduğu təsdiqlənərsə, futbolçuya 3 oyunluq cəza kəsiləcək. Səfərdə 2:0 hesabı ilə qalib gələn PSJ öz meydanında 1:3 yenilərək, mübarizəni dayandırıb. Neymar isə zədə üzündən hər iki matçı buraxıb.

Oxşar xəbərlər

Neymar Çempionlar Liqası matçını buraxacaq - Zədə səbəbindən
PSJ-də Neymar şoku - Bir neçə oyun buraxacaq
Neymar etiraz etdi - UEFA-nın qərarına
UEFA Neymarı cəzalandırdı
Neymardan yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər