"Zirə" - "Qəbələ": 17-ci duel
Bu həftə Premyer Liqada 19-cu turun matçları keçiriləcək.
Sportfm.az xəbər verir ki, “Qəbələ” səfərdə “Zirə” ilə görüşəcək. Bu, komandaların mövsümdə 3-cü qarşılaşması olacaq. Əvvəlki iki oyunda yalnız 1 qol vurulub. “Zirə” I dövrədəki ev görüşündə 1:0 hesabı ilə qalib gəlibsə, II dövrədəki matçda qolsuz sülh qeydə alınıb.
Ümumilikdə isə “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 17-ci dəfə üz-üzə gələcək. Əvvəlki 16 matçda “Qəbələ” üstünlüyə malikdir. Komanda 6 qələbə qazanıb, 6 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən futbolçular 14 qol buraxıb. “Qırmızı-qaralar”ın 22 qoluna 14 futbolçu imza atıb. Aleksey Qay hamıdan çox - 4 dəfə fərqlənibsə, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə rəqib qapısına yol tapıb.
2 dəfə kubokda görüşən rəqiblər Premyer Liqada 15-ci duelə çıxacaq. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıblar. Bu oyunlarda komandamız 15, rəqibi 12 qol vurub.
“Qəbələ” səfərdə keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə meydandan məğlub ayrılıb. Paytaxt təmsilçisinin meydanında top fərqi “qırmızı-qaralar”ın xeyrinədir – 11:8.
Xatırladaq ki, “Zirə” - “Qəbələ” görüşü martın 3-də keçiriləcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |