"Qəbələ" - "Zirə":18-ci duel
Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, mükafatçılar sırasına düşmək üçün mübarizə aparan “qırmızı-qaralar” rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Bu qarşılaşma iki komanda arasında 18-ci duel olacaq. İndiyədək keçirilən 17 oyunda “Qəbələ” 6 qələbə qazanıb və 7 heç-heçə edib. Paytaxt təmsilçisi isə 4 dəfə qalib gəlib. Top fərqində də “qırmızı-qaralar” üstündür – 23:15. “Qəbələ”nin qollarına 14 futbolçu və avtoqol müəllifi olan rəqib oyunçu imza atıb. Aleksey Qay “Zirə”ylə görüşlərdə hamıdan çox – 4, Ermin Zets 3 qol vurub. “Zirə” futbolçularından isə 10-u bu qarşılaşmalarda qol sevinci yaşayıb. Onlardan üçü - Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriç iki dəfə fərqlənib.
Əvvəlki 17 oyundan ikisi kubok, 15-i Premyer Liqa çərçivəsində baş tutub. Çempionatdakı matçlarda rəqiblər hərəyə 4 dəfə qalib gəlibsə, 5 dəfə “sülh”lə ayrılıblar. Bu oyunlarda “Qəbələ” 16 qol vurub, 13-nü buraxıb.
Cari mövsümdə rəqibinə uduzmayan “Zirə” ümumilikdə 4 matçdı “Qəbələ”yə məğlub olmur. Bu görüşlərdə üç heç-heçə edən qəsəbə təmsilçisi bir qələbə qazanıb.
Aprelin 19-da keçiriləcək “Qəbələ” – “Zirə” matçına saat 16:00-da start veriləcək.
Oxşar xəbərlər
“Qəbələ” və “Zirə” arasında 33-cü duel
“Qəbələ” ilə “Zirə”nin 26-cı dueli - Azərbaycan Premyer Liqası
"Zirə" - "Qəbələ" - 25-ci duel
"Qəbələ" - "Zirə": 22-ci duel
"Zirə" - "Qəbələ": 17-ci duel
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası