Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Pepe Almaniya yolçusudur
Almaniyanın "Bavariya" klubu cari mövsümün sonunda komandadan ayrılacaq Aryen Robbenin əvəzləyicisini Fransada tapıb.
Sportfm.az xəbər verir ki, "Lill"in heyətində bu mövsüm göstərdiyi "performans"la diqqətləri üzərinə çəkən Nikolas Pepe Münhen klubunun transfer hədəfindədir. Pepe, Robben kimi sağ cinahda oynaması və sol ayaqla məhsuldar olması ilə almanların diqqətini çəkib.
"Lill"in fil dişi sahilili futbolçu üçün 60 milyon avrodan aşağı təklifləri dəyərləndirməyəcəyi bildirilir.
Fransa klubu ilə 2022-ci ilədək müqaviləsi olan 23 yaşlı futbolçu, bu mövsüm keçirdiyi 28 oyunda 17 qol vurub, 11 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Pepe Çempionlar Liqasında tarix yazdı
41 yaşında Çempionlar Liqasında meydana çıxdı
Pepe Fransaya köçür - FOTO
Salahın yerinə hücumçu tapıldı - FOTO
Pepe seçimini etdi - Almaniyada oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası