reklam
Kvaratsxeliyanın oğlu Premyer Liqa klubuna transfer olundu
Sportfm.az xəbər saytı

Kvaratsxeliyanın oğlu Premyer Liqa klubuna transfer olundu


Millimizin veteran hücumçusu Badri Kvaratsxeliyanın oğlu Xviço Kvaratsxeliya "Lokomotiv"ə keçib. 

Sportfm.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb. 

Rustavi "Metallurq"undan icarəyə götürülən 18 yaşlı yarımmüdafiəçi ilə artıq rəsmi müqavilə imzalanıb və o, mövsümün sonuna kimi Premyer Liqa təmsilçisində çıxış edəcək. 

Tbilisi "Dinamo"sunun yetirməsi olan Xviço "Metallurq"a ötən il keçib. Bu komandanın heyətində 18 oyuna 3 qol vuran futbolçu Gürcüstanın gənclər millisi ilə yanaşı, U-17 və U-19 yığmalarının da formasını geyinib. 

Aşağı yaş qrupları üzrə komandalarda 25 oyun keçirən yarımmüdafiəçi 17 qol vurub.  

"Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində 3 oyuna çıxıb. 

O, 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

Oxşar xəbərlər

“Milan” danışıqlara başlayır - Xviça Kvaratsxeliya ilə
19 yaşlı Kvaratsxeliya - İlin futbolçusu
Kvaratsxeliya "Rubin"də
Yığmamızın sabiq hücumçusu "Şəmkir"in baş məşqçisi oldu
Badri Kvaratsxeliya "Şəmkir"lə danışığa gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər